Bu gün Bakıda və
Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir
tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər
yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var.
Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən XəzərXəbər-ə verilən məlumata görə, havanın temperaturu gecə 19-22°, gündüz 26-30° isti, Bakıda
gecə 20-22°, gündüz 27-29° isti təşkil edəcək. Atmosfer təzyiqi norma
daxilində 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 65-75%,
gündüz 45-55% olacaq.
Abşeron çimərliklərində gözləilən hava şəraitinə gəlincə, şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran,
Bilgəh, Zaqulba) şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.
Dəniz suyunun temperaturu 24-25° isti təşkil edəcək. Cənub
çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) şimal-qərb küləyinin arabir
güclənəcəyi gözlənilir. Dəniz suyunun temperaturu 25-26° isti təşkil
edəcək.
Azərbaycanın əksər rayonlarında hava
əsasən yağmursuz olacaq. Lakin bəzi şimal və qərb rayonlarında arabir
yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv
olacağı, şimşək çaxacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə
arabir güclənəcək.
Havanın temperaturu gecə 17-22°, gündüz 29-34° isti, dağlarda gecə 10-15°, gündüz 17-22° isti təşkil edəcək.