Ölkəmizdə təhsil alan əcnəbi tələbələrin sayı ilbəil artır.
Bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, ötən tədris ilində ölkəmizin ali təhsil müəssisələrində ümumilikdə 75 ölkədən 5 min 410 əcnəbi tələbə təhsil alıb. Bu rəqəm 2016-2017-ci tədris ili ilə müqayisədə 10 faiz çoxdur.
Əcnəbi tələbələrin arasında Türkiyə, İran, Rusiya, Gürcüstan, Çin, Hindistan, Pakistandan olan gənclər daha çoxluq təşkil edirlər.
Universitetlərimizdə əcnəbi tələbələrin təhsili üçün geniş imkanlar yaradılır.