Xəzər Xəbər

Bakıda ağac “qətliamı”: kəsib üstünü torpaqladılar - FOTO

Cəmiyyət | 15:51 • 27 İyul 2018
Bakıda ağac “qətliamı”:

Bakı şəhərində "ağac qətliamı" davam edir. Növbəti ağac kəsimi hadisəsi Nəsimi rayonu 5-ci mikrorayon 20 yanvar küçəsi 22-də qeydə alınıb. Bu barədə Lent.az-a adıçəkilən ünvanda yaşayan sakinlər məlumat verib. Bildirilib ki, iyulun 26-sı günorta saatlarında hər kəsin işdə olmasından istifadə edən bir sıra şəxslər yeni tikilən obyektin qarşısındakı ağacları kəsib.


İddialara görə, ağaclar obyektin qarşısını kəsdiyi üçün onlar yox edilib:"Həmin şəxslər kəsdikləri ağacların köklərini çıxarmağa çalışıblar. Məqsədləri isə məlumdur - burada ağacların olmadığını sübut etmək. Lakin məqsədlərinə çata bilmədikləri üçün ağacların üzərinə torpaq tökərək izi itirmək istəyiblər.Ağac kəsiminə onlara kim icazə verir? Həmin ərazidə 4 ədəd qurumuş şam ağacları var. Dəfələrlə müraciət etsək də o quru ağacları Yaşıllaşdırma idarəsi kəsməyib. Görünür, bu qurum ancaq kökü üstə yaş ağacları kəsmək ilə məşğuldur. Bu ərazidə bu hal ilk dəfə baş vermir”.


Şikayətçilər məsələ ilə bağı Ekologiya nazirliyinin "Qaynar xətt"inə müraciət olunduğunu bildiriblər.


Şikayət məktubunda o da qeyd olunur ki, ərazidəki ağaclar vaxtilə birinci vitse-prezident Mehriban Əliyevanın göstərişi ilə salınıb.



Xəbər lenti

Çox oxunanlar