"Azərbaycanda kompleks tədbirlərin həyata keçirilməsinə baxmayaraq, bir sıra ekoloji problemlər hələ də həllini tapmayıb”.
Xezerxeber.az-ın xəbərinə görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Rasim Səttar-zadə bu gün keçirilən mətbuat konfransında deyib.
R. Səttarzadə bildirib ki, Xəzər dənizinin sahillərində yerləşən Bakı, Sumqayıt , Mahaçqala, Həştərxan, Türkmənbaşı, Rəşt və Ənzəli şəhərləri və digər yaşayış məntəqələrindən dənizə axıdılan tullantı suları onun əsas çirkləndiricilərindən hesab olunur.
R. Səttarzadənin sözlərinə görə, nazirlik tərəfindən Xəzərin Azərbaycana məxsus ərazilərində və sahil zolağında həyata keçirilmiş ekoloji monitorinqlər zamanı dənizə tökülən 224 axar qeydə alınıb: "Bu axarlar vasitəsilə dənizə gündə 1850 min kubmetr tullantı suyu daxil olur. Sahil zolağında yerləşən rayonların əksəriyyətində təmizləyici qurğular olmadığından müxtəlif tərkibli tullantı suları təmizlənmədən Xəzərə axıdılır. Nəticədə Xəzər dənizinin və sahil zolağının ekoloji vəziyyəti pisləşir".