Xəzər Xəbər

Ölmüş donordan diz kasacığı köçürülüb - Avropada ilk

Cəmiyyət | 16:43 • 8 May 2018
Ölmüş donordan diz kasacığı köçürülüb -

Vrotslav (Polşa) həkimləri ölmüş donordan diz kasacığının köçürülməsi üzrə Avropada ilk, dünyada isə ikinci olan əməliyyatı uğurla həyata keçiriblər.


Xezerxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, Vrotslav Universiteti Klinik Xəstəxanasının hərəki orqanların ortopediya və travmatologiya şöbəsinin mütəxəssisləri xəstənin orqanizmindəki şişi kəsib götürməklə bərabər, həm də dizin öz funksiyasını yerinə yetirməsi üçün ayaq bitişiyini yenidən birləşdiriblər.


Əməliyyat hələ bir il bundan əvvəl keçirilsə də, həkimlər xəstənin fiziki fəallığa qayıtmasını xəbər verməkdən ötrü tam bərpasını gözləyiblər.

Xəbər lenti