Dövlət İmtahan Mərkəzində (DİM) mayın 5-də SAT imtahanı verməli olan şəxslərə müraciət edib.
Mərkəzdən XəzərXəbər-ə verilən məlumata görə, "College Board”- Ali Təhsilə Qəbul Şurası
tərəfindən verilən qərara əsasən, mayın 5-də keçirilməsi təxirə salınan
SAT imtahanı mayın 19-da keçiriləcək.
Bildirilib ki, imtahanda
iştirak edəcək şəxslər saat 07:45-dən gec olmayaraq imtahan binasında
olmalıdırlar. İmtahana gecikən şəxslər test mərkəzinə buraxılmayacaqlar.
Gözləmə siyahısında (waiting list) olan şəxslər də bu imtahanda iştirak
edə bilməyəcək.
İmtahan 19 may, saat 08:30-da DİM-in Yasamal
rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanında yerləşən inzibati binasında
başlayacaq. İmtahanın müddəti 3 saat 45 dəqiqədir (fasiləsiz).
Qeyd edək ki, "College Board”- Ali Təhsilə Qəbul Şurası tərəfindən verilən qərara əsasən, ABŞ-ın bir neçə ştatı, Azərbaycan, Belçika, Misir, Honkonq, Hindistan, İrlandiya, Qazaxıstan,
Yeni Zelandiya və s. ölkələrdə (tam siyahı ilə buradan tanış ola
bilərsiniz) mayın 5-də keçirilməsi nəzərdə tutulan SAT imtahanları
təxirə salınmışdı.