Paytaxta gətirilən yeni avtobuslarda "Wi-Fi” xidmətinin olmasına baxmayaraq, internetə daxil olmaq mümkün deyil.
Bildiyiniz kimi, Azərbaycanbir neçə ildir beynəlxalq yarışlara ev sahibliyi edir. Bu səbəblə ölkəmizə yüzlərlə türistlər gəlir. İctimai yerlərdə yerli əhali, eləcə də turistlərin istifadəsi üçün "Wi-Fi” sisteminin olması vacibdir. Elədirsə, avtobuslarda bu sistem niyə işlək vəziyyətdə deyil?
Bu barədə açıqlama verən Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirdi ki, sistemdə bəzi təkmilləşdirmə işləri aparıldıqdan sonra avtobuslardakı "Wi-Fi” xidməti istifadəyə veriləcək:
"İctimai nəqliyyatda "Wi-Fi” sisteminin olmasl ilə bağlı məsələ var. Lakin hələ tam rellaşmayıb. Nə vaxt istifadəyə veriləcəyi də dəqiq bilinmir”./Metbuat.az