Xəzər Xəbər

Növbəti mənzil bölgüsündə kimlər nəzərə alınacaq?

Cəmiyyət | 12:18 • 16 İyun 2017
Növbəti mənzil bölgüsündə kimlər nəzərə alınacaq?

AMEA alimlərinə veriləcək mənzillər üçün növbəti mərhələdə yataqxana qeydiyyatı olan, üzrlü səbəbdən orada yaşamayan elmi işçilər nəzərə alınacaq.

AMEA-dan XəzərXəbər-ə verilən məlumata görə, bu sözləri Direktorlar Şurasının iclasında Akademiya əməkdaşlarının sosial vəziyyətinin yaxşılaşdırılması haqqında çıxış edən İşlər İdarəsinin müdiri, siyasi elmlər üzrə elmlər doktoru Fətəli Abdullayev deyib.

O, AMEA Rəyasət Heyətinin müvafiq qərarı ilə yaradılmış mənzillərin bölüşdürülməsi üzrə komissiyanın işə başladığını deyib: "Akademiya ilə "Evrostroy-S” MMC arasında bağlanmış 14 noyabr 2012-ci il tarixli müqaviləyə əsasən, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 12 ünvanındakı yataqxananın ərazisində inşa edilən yeni binalardan həmin yataqxanada yaşayan və AMEA-da işləyən elmlər doktorları, fəlsəfə doktorları və elmi dərəcəsi olmayan elmi işçilərin Akademiyaya ayrılmış mənzillərə köçürülməsi üçün mənzillərin bölüşdürülməsi prosesinə start verilib. Növbəti mərhələdə yataqxanada qeydiyyatı olub, üzrlü səbəbdən yaşamayan elmi işçilərin mənzil problemlərinin araşdırılmasına başlanılacaq".

İşlər İdarəsinin müdiri F.Abdullayev AMEA əməkdaşlarına və onların ailə üzvlərinə verilən mənzillərin püşkatma yolu ilə həyata keçirildiyini, bölgü zamanı əməkdaşların elmi dərəcələri və ailə vəziyyətinin nəzərə alındığını diqqətə çatdırıb. O, AMEA-nın elmi işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində gələcəkdə də müvafiq işlər görüləcəyini qeyd edib.

Xəbər lenti