Xəzər Xəbər

Məşəl Füzuliyə çatdı

Bakı-2015 | 20:40 • 7 May 2015
Məşəl Füzuliyə çatdı

Bu gün I Avropa Oyunlarının məşəli Füzuli rayonunun Horadiz şəhərinə gətirilib. Paytaxtdakı qədim od məbədi Atəşgahda alovlandırılan məşəl Horadiz şəhərində bayraq meydanında qarşılanıb. Məşəl estafeti saat 19:30-da start götürüb.

Məşəli qəbul edən Füzuli rayonu Qazaxlar kənd orta məktəbinin müəllimi Atamoğlan Qəhrəmanov 10 nəfər həmkarı ilə birgə yürüşü davam etdirib. 4300 metr məsafədə rəmzi növbə ilə bir-birinə ötürən müəllimlər məşəli bayraq meydanından Heydər Əliyev prospekti boyunca Heydər Əliyev meydanına çatdırıblar. 

Horadiz şəhər 3 saylı orta məktəbin idman müəllimi Rövşən Ələsgərov məşəli meydanda qurulan səhnəyə qaldıraraq simvolik çırağı alovlandırması ilə festival başlayıb.

Qeyd edək ki, I Avropa Oyunları ümumilikdə 20 idman növü üzrə keçiriləcək: bunlardan 16-sı Olimpiya, 4-ü qeyri-Olimpiya idman növü olacaq. Oyunlarda Avropanın müxtəlif ölkələrindən 6000-dən çox idmançının 17 yarış günü müddətində ölkələrini təmsil edəcək.

Xəbər lenti

Çox oxunanlar