Xəzər Xəbər

Avropa Oyunlarının məşəli Beyləqana gətirildi

Bakı-2015 | 14:16 • 9 May 2015
Avropa Oyunlarının məşəli Beyləqana gətirildi

İlk Avropa Oyunlarının məşəli Beyləqan rayonuna gətirilib.

XezerXeber.com-un "Report"a istinadən yaydığı xəbərə görə, məşəl Beyləqan rayonunda bayraq meydanında qarşılanıb. Məşəl estafeti saat 12:00 da start götürüb.

Məşəli qəbul edən Beyləqan rayon sakini 10 nəfər həmyerlisi ilə birgə yürüşü davam etdirib. 3000 metr məsafədə rəmzi növbə ilə bir-birinə ötürən idmançılar məşəli rayonun girişindən Heydər Əliyev prospekti boyunca keçirərək Heydər Əliyev meydanına çatdırıblar.

Məşəli meydanda qurulan səhnəyə qaldıran idmançının simvolik çırağı alovlandırması ilə festival başlayıb.Çıraq yarışların sonuna qədər "Bakı 2015"-in rəmzi kimi rayonda saxlanılacaq. Məşəl axşam saatlarında Xocavənd rayonun aparılacaq.

Qeyd edək ki, I Avropa Oyunları iyunun 12-dən 28-dək keçiriləcək. İdmançılar Oyunlarda ümumilikdə, 20 idman növü üzrə mübarizə aparacaqlar. Bunlardan 16-sı olimpiya, 4-ü qeyri-olimpiya idman növü olacaq. Oyunlarda Avropanın müxtəlif ölkələrindən 6000-dən çox idmançı 17 yarış günü müddətində mübarizə aparacaq.

Xəbər lenti