Ötən gün xəbər verdiyimiz ki, Bakıda keçirilən I Avropa Oyunlarının medallarını istehsal edən şirkətin adı məlum olub. Belə ki, Oyunlarda qaliblərə təqdim ediləcək qızıl, gümüş və bürünc medalları “Azərsuvinir” MMC hazırlayacaq.
Medalın dizaynı “Soçi 2014” Olimpiya və Paraolimpiadasının medallarını hazılayan məşhur “Adamas” zərgər şirkəti və Azərbaycanlı rəssam Nərgiz Hüseynovanın birgə işi nəticəsində tərtib olunacaq.
XezerXeber.com AzVision.az-a istinadən xəbər verir ki, mötəbər tədbirdə idmançılara veriləcək medalı hazırlayan “Azərsuvenir” MMC Nazirlər Kabinetinin 24 iyul 2012-ci il tarixli 155 №-li qərarı ilə yaradılıb.
Şirkət - (Azərbaycan Suvenirləri) Məhdud Məsuliyyətli Cəmiyyəti “Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı”nın icrasını təmin etmək üçün Prezidentin İşlər İdarəsinin Əmlak Məsələləri Dövlət Komitəsi və Ədliyyə Nazirliyi ilə razılaşdırılmış təklifini nəzərə alaraq Prezidentin İşlər İdarəsinin tabeliyində olan "Zərgərsənaye" İstehsalat Birliyinin bazasında yaradılıb.
Şirkətin rəhbərliyinin kimliyi məlum olmasa da, fəaliyyəti dövlət tərəfindən tənzimlənir.
Məlumatlara görə, ölkədə keçirilən tədbirlər üçün lazım olan medallar, ordenlər bu şirkət tərəfindən hazırlanır.
Qeyd edək ki, I Avropa Oyunlarının medalları artıq təqdim olunub. Medalların üzərində dekorativ “Bakı-2015” brendinə uyğun şəkildə hazırlanmış unikal təsvirlər əks olunub.
Mükafatın mərkəzində Avropa Oyunlarının loqotipi olan tərtibat dinamik, heyrətamiz və zəngin mədəniyyətə malik ev sahibi şəhərin metaforasıdı. Medalın əks tərəfi isə Avropa Olimpiya Komitəsinin emblemini və mətn simvolunu əks etdirir.
Medalların tərtibatı Soçi-2014 qış olimpiya və paralimpiya oyunlarının medallarını hazırlamış məşhur zərgər brendi Adamasla azərbaycanlı rəssam Nərgiz Hüseynovaya məxsusdu. Medallar “Azersuvenir” şirkəti tərəfindən Azərbaycanda istehsal ediləcək.
Avropa Oyunlarının medalının çəkisi 380 qram olacaq.