Xəzər Xəbər

İçərişəhər İlk Avropa Oyunlarının məşəlini gözləyir

Bakı-2015 | 11:58 • 9 İyun 2015
İçərişəhər İlk Avropa Oyunlarının məşəlini gözləyir

Ölkənin 60 bölgəsinə səfər etmiş Bakı 2015-in alovu Azərbaycan paytaxtının sakinlərini də Birinci Avropa Oyunlarının həyəcanına cəlb edir.

Bakı 2015-in alov səyahətinin paytaxtda dünənki ünvanları Avropa Oyunlarının idman obyektləri oldu. İyunun 8-də 18 idman obyektindən 9-nu gəzən məşəl bu gün İçəri Şəhərdə olacaq.

Məşəl saat 16:00-dan 16:50-yə qədər İçəri şəhərin ən məşhur tikililərinə baş çəkəcək. Son dayanacaq Şirvanşahlar sarayı olacaq.

Qeyd edək ki, beş günlük möhtəşəm tədbirlər Bakının qonaqlarına təklif edə biləcəyi sərvətləri nümayiş etdirir.

Xəbər lenti