"Bakı-2015" I Avropa Oyunlarında güləş yarışlarının ilk gününün püşkü atılıb.
İyunun 13-də mübarizəyə başlayacaq 4 yunan-Roma güləşçisindən 3-ü mübarizəyə 1/8 final mərhələsindən başlayacaq.
İlk görüşlərə Bakı vaxtı ilə saat 10:00-da start veriləcək.
59 kq
1/8 final - Elman Muxtarov - Gizo Meladze (Grcüstan)
71 kq
1/8 final - Rəsul Çunayev - Daniel Kataraqa (Makedoniya)
80 kq
1/8 final - Rafiq Hüseynov - Mixael Vaqner (Avstriya)
98 kq
1/16 final - Orxan Nuriyev - Teodoros Tunisidis (İsveç)
Qeyd edək ki, yunan-Roma güləşi üzrə qalan çəki dərəcələrindəki güləşçilər mübarizəyə iyunun 14-də qoşulacaqlar. Görüşlər Heydər Əliyev adına İdman Sarayında keçiriləcək.