Xəzər Xəbər

Bakı-2015: I Avropa Oyunlarında II gün

Bakı-2015 | 20:03 • 12 İyun 2015
Bakı-2015: I Avropa Oyunlarında II gün

Sabah Bakı-2015 I Avropa Oyunlarında 8 idman növündə yarışlar keçiriləcək. Apasport.az saytının məlumatına görə, yarışların ilk mükafatları da Oyunların II günündə sahibini tapacaq.

 

Bakı-2015-in ilk qalibləri dağ velosipedi idmanı üzrə qadınların yarışında müəyyənləşəcək. Sabah kişilərin də yarışacağı bu növdə mübarizəyə yekun da vurulacaq.

 

Ümumilikdə isə Oyunların ikinci günündə 13 dəst medalın sahibi bilinəcək. Velosipedçilərdən başqa, karetedə 6, Yunan-Roma güləşində 4 çəki dərəcəsində, həmçinin qadın triatlonçuların mübarizəsində çempionuna adına aydınlıq gələcək.

 

Bundan başqa, sinxron üzgüçülükdə təsnifat yarışları keçiriləcək, stolüstü tennisçilər mübarizəyə start verəcəklər.

 

Komanda idman növlərində isə voleybol və su polosu üzrə matçlar baş tutacaq. Voleybolda əvvəl mübarizəyə qadınlar başlayacaq ki, burada da 6 qarşılaşma keçiriləcək. Mükafatlara iddialı Azərbaycan millisi ilk görüşündə Rumıniyanı sınağa çəkəcək.

 

Su polosunda isə qadınların ardından kişilər də mübarizəyə başlayacaq. Kişilər ilk turun 8, qadınlar isə 2-ci turun 6 oyununa çıxacaq. Azərbaycan millisi yalnız kişilərin yarışında təmsil olunduğundan Vaterpol Arenasında debütümüz gerçəkləşəcək. Yığmamız Rumıniya ilə üz-üzə gələcək.

 

13 iyun

 

09:00. Voleybol

Qadınlar, B qrupu

Serbiya – Xorvatiya

Bakı Kristal Zalı

 

09:30. Stolüstü tennis

Qadınlar, komanda yarışları

Bakı İdman Zalı

 

09:30. Su polosu

Kişilər, C qrupu

Xorvatiya – Türkiyə

Vaterpol Arenası

 

09:30. Su polosu

Kişilər, D qrupu

İspaniya – Malta

Vaterpol Arenası

 

10:00. Yunan-Roma güləşi

59 kq, 71 kq, 80 kq, 98 kq

Heydər Əliyev adına İdman Arenası

 

10:00. Karate

Qadınlar, 50 kq, 55 kq, 61 kq

Kişilər, 60 kq, 67 kq, 75 kq

Bakı Kristal Zalı

 

10:00. Sinxron üzgüçülük

Fərdi yarışlar, təsnifat mərhələsi, sərbəst hərəkətlər

Bakı Su İdmanı Mərkəzi

 

11:00. Voleybol

Qadınlar, A qrupu

İtaliya – Belçika

Bakı Kristal Zalı

 

11:15. Su polosu

Kişilər, D qrupu

Serbiya – Slovakiya

Vaterpol Arenası

 

11:15. Su polosu

Qadınlar, B qrupu

Fransa – Rusiya

Vaterpol Arenası

 

12:00. Dağ velosipedi idmanı

Qadınlar

Dağ Velosipedi Parkı

 

12:30. Triatlon

Qadınlar

Bilgəh Çimərliyi

 

13:00. Su polosu

Kişilər, B qrupu

Macarıstan – Almaniya

Vaterpol Arenası

 

13:00. Su polosu

Qadınlar, B qrupu

Serbiya – Slovakiya

Vaterpol Arenası

 

14:30. Voleybol

Qadınlar, B qrupu

Almaniya – Bolqarıstan

Bakı Kristal Zalı

 

15:00. Su polosu

Kişilər, A qrupu

Rusiya – Ukrayna

Vaterpol Arenası

 

15:00. Su polosu

Qadınlar, A qrupu

İsrail – Macarıstan

Vaterpol Arenası

 

15:30. Dağ velosipedi idmanı

Kişilər

Dağ Velosipedi Parkı

 

16:30. Stolüstü tennis

Kişilər, komanda yarışları

Bakı İdman Zalı

 

16:30. Voleybol

Qadınlar, A qrupu

Azərbaycan – Rumıniya

Bakı Kristal Zalı

 

16:45. Su polosu

Kişilər, A qrupu

İtaliya – Fransa

Vaterpol Arenası

 

16:45. Su polosu

Qadınlar, A qrupu

Böyük Britaniya – Almaniya

Vaterpol Arenası

 

18:00. Sinxron üzgüçülük

Sərbəst birləşmə, təsnifat mərhələsi, sərbəst hərəkətlər

Bakı Su İdmanı Mərkəzi

 

18:45. Su polosu

Kişilər, B qrupu

Azərbaycan - Rumıniya

Vaterpol Arenası

 

18:45. Su polosu

Qadınlar, B qrupu

İspaniya – İtaliya

Vaterpol Arenası

 

20:00. Voleybol

Qadınlar, B qrupu

Hollandiya – Rusiya

Bakı Kristal Zalı

 

20:30. Su polosu

Kişilər, C qrupu

Monteneqro – Yunanıstan

Vaterpol Arenası

 

20:30. Su polosu

Qadınlar, A qrupu

Yunanıstan – Hollandiya

Vaterpol Arenası

 

22:00. Voleybol

Qadınlar, A qrupu

Polşa – Türkiyə

Bakı Kristal Zalı

Xəbər lenti