“Bakı 2015-in Açılış Mərasimi təxminən 100 mln manata başa gəlib”.
Bunu Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) baş icraçı direktoru Azad Rəhimov keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, bəzi səs avadanlıqları icarəyə götürülüb və bunlar sonradan geri qaytarılacaq.
"Ümumilikdə deyə bilərəm ki, Avropa Oyunları ilə bağlı yekun rəqəmləri yarışlar bitdikdən sonra tam açıqlayacağıq".