Xəzər Xəbər

Qadınlar arasında voleybol yarışlarına da start verildi

Bakı-2015 | 15:12 • 13 İyun 2015
Qadınlar arasında voleybol yarışlarına da start verildi

Serbiya və Xorvatiya komandaları arasında keçirilən ilk oyunu 6 min tamaşaçı izləyib.

İlk set Serbiya komandasının böyük üstünlüyü ilə yekunlaşıb (25-15). İkinci və üçüncü set də serblərin xeyrinə başa çatıb (25-17; 25-17). Beləliklə, “Bakı-2015” birinci Avropa Oyunlarının qadınlar arasında voleybol turnirinin ilk görüşü 3:0 hesabı ilə Serbiya yığmasının xeyrinə nəticələnib.

Bu gün daha beş oyun keçiriləcək.

Xatırladaq ki, voleybol yarışlarında 24 komanda və 336 idmançı mübarizə aparır.
Voleybol yarışlarının ikinci oyunu İtaliya və Belçika komandaları arasında keçirilib.
İtalyanlar hər üç setdə qalib gəliblər (25-22; 25-20; 25-20).

Bir qədər sonra meydançaya Almaniya və Bolqarıstan voleybol komandaları çıxacaqlar.

Xəbər lenti