Xəzər Xəbər

Azərbaycana həm əsgər, həm də güləşçi kimi qürur duyuram

Bakı-2015 | 11:29 • 14 İyun 2015
Azərbaycana həm əsgər, həm də güləşçi kimi qürur duyuram

Doğma Vətənimdə keçirilən bu mötəbər yarışda qızıl medalı heç kimə vermək fikrim yox idi. Ona görə də çox ciddi şəkildə hazırlaşaraq bu uğura imza atdım.

Bu sözləri birinci Avropa Oyunlarının yunan-Roma güləşi üzrə qızıl medalçısı Rəsul Çunayev deyib.

Finalda Macarıstan idmançısı ilə qarşılaşan güləşçimiz onunla indiyədək dörd dəfə xalça üzərinə çıxdığını, iki görüşdə qalib gəldiyini, ikisində isə rəqibinin üstün olduğunu diqqətə çatdırıb.

Birinci Avropa Oyunlarının çempionu qeyd edib ki, macarıstanlı güləşçiyə axırıncı dəfə Bakıda məğlub olduğundan, bu görüşdə qalib gələrək revanş alıb.

İlk görüşdəki zəif çıxışını xəstəliyi ilə əlaqələndirən güləşçimiz deyib: "Xəstələndiyim üçün təngənəfəs olurdum. Buna görə, müdafiə taktikası seçmişdim. Oyunun əvvəlində rəqiblərimdən xal alıb, sonra üstünlüyümü qorumağa çalışırdım".

Mükafatlandırma mərasimində dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevə əsgəri təzim edən Rəsul Çunayev deyib: “Dünya çempionatına gedəndə mən bir ay idi ki, əsgər idim. Hazırda isə əsgərliyimin bitməsinə 1 ay qalıb. Bir Azərbaycan əsgəri olaraq qürur duyuram ki, ölkəmizə həm əsgər kimi, həm də idmançı kimi medal qazandırdım”.

Xəbər lenti

Çox oxunanlar