Birinci Avropa Oyunlarına ciddi hazırlaşmışdım. Ancaq yorğunluq sonda özünü göstərdi.
Bu sözləri ilk Avropa Oyunlarının yunan-Roma güləşi yarışlarında gümüş medal qazanan Azərbaycan pəhləvanı Rafiq Hüseynov bildirib.
Güləşçi deyib: “Səkkiz ay ərzində “Bakı-2015”-ə ciddi hazırlıq keçmişdim. Federasiya tərəfindən bizim üçün hər cür şərait yaradılmışdı. Hədəfim qızıl medal qazanmaq idi. Buna baxmayaraq tarixdə ilk dəfə keçirilən Avropa Oyunlarının medalçıları sırasında yer aldığım üçün özümü xoşbəxt hiss edirəm”.