Azərbaycanın 4 yunan-Roma güləşçisi bu gün Avropa Oyunlarında ölkəmizə medal qazandırmaq üçün yarışacaqlar.
Bakı 2015 birinci Avropa Oyunları çərçivəsində yunan-Roma güləşi üzrə yarışların ikinci günündə Heydər Əliyev adına İdman Sarayında 4 idmançımız yarışacaq.
İlk olaraq xalça üzərinə təsnifat yarışından 66 kq çəki dərəsində Həsən Əliyev çıxıb. O, Gürcüstandan olan Saçino Davitaya ilə üzləşib. Təmsilçimiz 4:2 hesabı ilə qalib gələrək 1/8 finala vəsiqə qazanıb.
Bundan başqa bu gün xalça üzərinə 75 kq-da Elvin Mürsəliyev, 85 kq-da Saman Təhmasibi, 130 kq-da Sabah Şəriəti çıxacaqlar.
10:44
“Bakı-2015” birinci Avropa Oyunları davam edir.
Yarışın ikinci günündə 66, 75, 85 və 130 kiloqram çəki dərəcəsində yunan-Roma güləşçiləri mübarizə aparırlar.
Güləşçilərimizin ilk rəqibləri müəyyənləşib. Həsən Əliyev (66 kq) gürcüstanlı Saçino Davitaia, Elvin Mürsəliyev (75 kq) Slovakiya təmsilçisi Riçard Riqo, Saman Təhmasibi (85 kq) italiyalı Fabio Parisi, Sabah Şəriəti (130 kq) isə Ukrayna güləşçisi Mikola Kuçmi ilə qarşılaşacaq.