“Bakı-2015” birinci Avropa Oyunları davam edir.
İyunun 14-də - “Baku Crystal Hall”da keçirilən voleybol yarışının ikinci günündə kişi idmançıların mübarizəsi başlayıb.
Gün ərzində 6 qarşılaşma oynanılacaq. “A” qrupunda çıxış edən Azərbaycan millisi Finlandiya ilə qarşı-qarşıya gələcək. Bu qrupun digər görüşlərində Serbiya və Türkiyə, Polşa ilə Fransa milliləri qarşılaşacaq.
“B” qrupunda isə Slovakiya-İtaliya, Belçika-Bolqarıstan və Almaniya-Rusiya oyunları keçiriləcək.
İlk oyunda Slovakiya millisi İtaliya komandasını 3:1 (25:23, 25:22, 22:25 və 25:21) hesabı ilə məğlub edib.
Birinci Avropa Oyunlarının voleybol yarışlarında 24 komanda və 336 idmançı mübarizə aparır.