İyunun 14-də - birinci Avropa Oyunlarının üçüncü günündə su polosu yarışları davam edir.
Su polosu yarışlarının üçüncü günündə kişilər arasında 8, qadınlar arasında isə 6 oyun oynanılacaq.
Kişilər arasında mübarizənin “A” qrupunda Ukrayna-Fransa və İtaliya-Rusiya, “B” qrupunda Rumıniya-Almaniya, Macarıstan-Azərbaycan, “C” qrupunda Türkiyə-Yunanıstan, Monteneqro-Xorvatiya, “D” qrupunda Serbiya-İspaniya və Malta-Slovakiya qarşılaşmaları keçiriləcək.
Qadınların yarışında isə “A” qrupunda Almaniya və İsrail, Niderland ilə Böyük Britaniya, Macarıstan isə Yunanıstanla qarşılaşacaq.
“B” qrupunda isə İtaliya-Serbiya, Slovakiya-Fransa və Rusiya-İspaniya komandaları yarışacaq.
Hazırda “A” qrupunda Ukrayna və Fransa, “B” qrupunda isə Rumıniya və Almaniya milli komandaları yarışırlar.