Avropa və dünya çempionumuz Həsən Əliyev birinci Avropa Oyunlarında ikinci qələbəsini qazanıb. Gürcüstanlı rəqibi Saçino Davitayanı məğlub edən Həsən Əliyev səkkizdəbir final mərhələsində Xorvatiya idmançısı Daniel Janeciçdən üstün olub. Dörddəbir final mərhələsində güləşçimizin rəqibi Mixail Siamionau (Belarus) olacaq.
Saman Təhmasibi (85 kq) italiyalı Fabio Parisi məğlub edərək birinci Avropa Oyunlarının səkkizdəbir final mərhələsinə yüksəlib. Onun növbəti rəqibi Ermənistan güləşçisi Maksim Manukyandır.
11:18
Avropa çempionatının gümüş mükafatçısı və yeniyetmələr arasında dünya çempionu Elvin Mürsəliyev Heydər Əliyev adına İdman Sarayındakı azarkeşlərimizi sevindirib. Slovakiya güləşçisi Riçard Riqo üzərində qələbə qazanan pəhləvanımız səkkizdəbir final mərhələsində Mateuz Volnı (Polşa)-İonel Puskau (Rumıniya) qarşılaşmasının qalibi ilə üz-üzə gələcək.
10:58
Həsən Əliyev birinci Avropa Oyunlarına qələbə ilə başlayıb. Avropa və dünya çempionumuz gürcüstanlı rəqibi Saçino Davitayanı məğlub edərək səkkizdəbir finala yüksəlib. Güləşçimizin növbəti rəqibi Xorvatiya idmançısı Daniel Janeciç olacaq.
10:30
“Bakı-2015” birinci Avropa Oyunları davam edir.
Yarışın ikinci günündə 66, 75, 85 və 130 kiloqram çəki dərəcəsində yunan-Roma güləşçiləri mübarizə aparırlar.
Güləşçilərimizin ilk rəqibləri müəyyənləşib. Həsən Əliyev (66 kq) gürcüstanlı Saçino Davitaia, Elvin Mürsəliyev (75 kq) Slovakiya təmsilçisi Riçard Riqo, Saman Təhmasibi (85 kq) italiyalı Fabio Parisi, Sabah Şəriəti (130 kq) isə Ukrayna güləşçisi Mikola Kuçmi ilə qarşılaşacaq.