Bu gün start götürın idman gimnastikası iyunun 20-dək davam edəcək. Yarış ilk olaraq kişilərin mübarizəsiylə start götürüb.
Təsnifat mərhələsində qadınlar 8, kişilər 5 qrupda qüvvələrini sınayırlar.
Qadınların yarışında Azərbaycan təmsilçiləri 3-cü qrupda çıxış edir. Fərdi yarışda Yuliya İnşina, Marina Nekrasova və Ktisrina Pravdina mübarizə aparır.
Kişilərin mübarizəsində isə idmançılarımız 3-cü qrupda yarışır. Burada ölkəmizi Oleq Stepko, Eldar Səfərov və Petro Paxnyuk təmsil edir.