Fransız karate ustası Emily Thouy Bakıda keçirilən birinci Avropa Oyunları zamanı qazandığı qızıl medalın sevincini arenada üzərində “Bakı-2015” yazılan döşəməni öpməklə ifadə edib.
Atlet bu qələbənin onun karyerasında böyük önəm daşıdığını və keçirdiyi qürur hissinin həddi-hüdudunun olmadığını bildirərək deyib:
“Bu mənim Avropa səviyyəsində karatedə birinci olmağım deməkdir və birinci Avropa Oyunlarında iştirak etməkdən şərəf duyuram”.