Xəzər Xəbər

"Bakı 2015" İki qadın güləşçimiz 1/4 finalda

Bakı-2015 | 11:06 • 15 İyun 2015
"Bakı 2015" İki qadın güləşçimiz 1/4 finalda

Bu gün Avropa Oyunlarında qadınlar arasında sərbəst üsuldə güləş yarışlarına start verilir. Trend-in məlumatına görə, Azərbaycandan olan qadın güləşçilərin yarışmasında bu gün medalların sahibləri bəlli olacaq.

Üçüncü yarış günündə 48, 55, 60 və 69 kq çəki dərəcəsində qadın güləşçilər mübarizə aparır.

48 kq
1/8 final - Mariya Stadnik - Lilian Santos (POR)

55 kq
1/8 final - Patrizia Liuzzi (İTA) - Nataliya Sinişin

60 kq
1/8 final - Yuliya Ratkeviç - Taybe Yusein (BUL)

69 kq
1/8 final - Nadya Muşka - Nataliya Vorobyova (RUS)

XXX

Mariya Stadnik və Nataliya Sinişin növbəti mərhələdə

Qadın güləşçilərin 48 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan təmsilçisi Mariya Stadnik 1/8 final mərhələsində Portuqaliya güləşçisi Lilian Santosu 12:2 hesabı ilə məğlub edərək 1/4 finala vəsiqə vəsiqə qazanıb. M.Stadnikin 1/4 finaldakı rəqibi Fransa güləşçisi Julie Sabatie olacaq.

Nataliya Sinişin isə Patrizia Liuzzi (İTA) üzərində 10:0 hesablı qələbə qazanıb.

60 kq çəkidə mübarizə aparan dünya və Avropa çempionumuz, Olimpiya Oyunlarının bürünc medalçısı Yuliya Ratkeviç isə təəssüf ki 1/8 finalda ilk qarşılaşmasındaca Bolqarıstan təmsilçisi Taybe Yuseinə məğlub olub.

Qeyd edək ki, yarışların ilk iki günündə güləşçilərimiz iki dəst medal qazanıb. Rəsul Çunayev (71 kq) və Elvin Mürsəliyev (75 kq) qızıl, Rafiq Hüseynov (80 kq) və Sabah Şəriəti (130 kq) gümüş, Elman Muxtarov (59 kq) və Həsən Əliyev (66 kq) bürünc medala sahib olub.

Xəbər lenti

Çox oxunanlar