Azərbaycan avarçəkmə yığmasının əsas medal ümidi Valentin Demyanenko kanoeçilərin yarışında mübarizə aparır. O, ilkin mərhələdə 3-cü yürüşdə qüvvəsini sınayıb. 38,978 saniyə nəticə göstərən kanoeçimiz 1-ci yeri tutub. Bununla da o, yarımfinalda çıxış etmədən birbaşa finalda qüvvəsini sınamaq imkanı qazanıb.
Digər təmsilçimiz, kayakla 500 metr məsafədə finala yüksələn İnna Radomska-Osipenko 200 metr məsafədə də ilkin mərhələni uğurla adlayıb. 41,968 saniyə nəticə göstərən avarçəkənimiz 2-ci yürüşdə 5-ci olub. O, bu nəticə ilə yarımfinala yüksəlib. Bu gün saat 16:00-da başlayacaq yarımfinalda İnna 2-ci yürüşdə çıxış edəcək.
Mirnazim Cavadov isə kayakların mübarizəsində çıxış edəcək. Bu yarış saat 16:15-də başlayacaq.
11:40
Bakı 2015 I Avropa Oyunlarının avarçəkmə yarışlarında ilk mükafatçılar müəyyənləşib.
Mingəçevirdə keçirilən yarışın 2-ci günündə 5 dəst medal sahibini tapıb.
Kişilərin 1000 m məsafəyə həm kanoe, həm kayak yürüşlərində qaliblər bəlli olub. Həmçinin kişi cütlükləri eyni məsafəyə kanoe və kayaklarda da final yürüşünə çıxıblar. Bundan başqa, qadınlar dördlük kayaklarda 500 m məsafədə güclüləri müəyyənləşdiriblər.
Finalda Azərbaycan təmsilçiləri də çıxış ediblər. Kişilərin 2 nəfərlik kanoelərdə 1000 metr məsafəyə yarışında Sergey Bezuqlıy və Aleksey Kupin medallar uğrunda mübarizə aparıblar. Kanoeçilərimiz məsafəni 3 dəqiqə 38,088 saniyəyə qət ediblər. Bezuqlıy/Kupin final mərhələsinə qatılan 9 cütlük arasında 8-ci olublar.
İdmançılarımız Avropa Oyunlarının çempionu olan belaruslu Andrey Baqdanoviç/Aleksandr Baqdanoviç cütlüyündən 3,676 saniyə geri qalıblar. Qaliblər 3.34,412 nəticəyə nail olublar. Ukraynalılar Aleksey Korovaşkov və İlya Pervuxin (3.34,453) 2-ci, almaniyalılar Peter Kreçmer və Mixael Müller (3.34,982) 3-cü olublar.
Qeyd edək ki, təmsilçilərimizdən Taras Matviyçuk kanoeçilərin, Tamerlan Mustafayev kayakçıların 1000 metr məsafəyə yarışında finala yüksələ bilməyiblər.
09:58
Birinci Avropa Oyunlarının avarçəkmə yarışlarında ilk mükafatçılar bu gün müəyyənləşəcək.
Mingəçevirdə keçirilən yarışın 2-ci günündə 5 dəst medal sahibini tapacaq.
Kişilərin 1000 m məsafəyə həm kanoe, həm kayak yürüşlərində qaliblər bəlli olacaq. Həmçinin kişi cütlükləri eyni məsafəyə kanoe və kayaklarda da final yürüşünə çıxacaq. Bundan başqa, qadınlar dördlük kayaklarda 500 m məsafədə güclüləri müəyyənləşdirəcək.
Finalda Azərbaycan təmsilçiləri də çıxış edəcək. Kişilərin 2 nəfərlik kanoelərdə 1000 metr məsafəyə yarışında Sergey Bezuqlıy və Aleksey Kupin medallar uğrunda mübarizə aparacaq. Bu gün saat 10:50-də başlayacaq həlledici yürüşdə kanoeçilərimiz 1-ci zolaqda mübarizə aparacaq.
Qeyd edək ki, təmsilçilərimizdən Taras Matviyçuk kanoe, Tamerlan Mustafayev kayak üzrə 1000 metr məsafəyə yarışda finala yüksələ bilməyiblər.