Xəzər Xəbər

Birinci Avropa Oyunlarının artıq 39 çempionu var

Bakı-2015 | 13:20 • 16 İyun 2015
Birinci Avropa Oyunlarının artıq 39 çempionu var

Birinci Avropa Oyunlarının artıq 39 çempionu var. Altı arenada yarışları yüz faiz tamaşaçı izləyib. Artıq Bakı Olimpiya Stadionu Oyunlara hazırdır.

Bu sözləri “Bakı-2015” birinci Avropa Oyunları Əməliyyat Komitəsinin (BEGOC) əməliyyatlar üzrə baş direktoru Saymon Kleq iyunun 16-da ötən günün yekunları ilə bağlı keçirilən mətbuat konfransında deyib.

S.Kleq yarışların dördüncü günündə 21 medal qazanıldığını, arenalarda yarışları 30 min tamaşaçının izlədiyini diqqətə çatdırıb. O bildirib ki, bağlanış mərasimi üçün satılmış biletlərin sayı 48 minə çatıb. Son üç gündə isə yarışlara ümumilikdə 37 min 500-dən çox bilet satılıb. BEGOC-un əməliyyatlar üzrə baş direktoru deyib: “Bu gün sinxron üzgüçülük yarışlarında sonuncu gündür. Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki hazırda Mingəçevirdədir. O, medalların təqdimetmə mərasimində iştirak edəcək. Bir çox idman növləri Olimpiya hərəkatına daxil olmağa çalışır. Tam əminəm ki, idmanın gözəl nümayişi oldu. Biz Bakıya Avropadan tanınmış idmançıları cəlb etmişik və bu, Oyunların uğurudur. Tamaşaçılar üçün mümkün qədər geniş yayım təşkil etmişik və bundan çox məmnunuq. Biz Oyunlara Avropada ayrılan saatlardan da razıyıq”.

Birinci Avropa Oyunlarının qızıl medalçısı Firdovsi Fərzəliyev idmana göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib. Bayrağı doğma divarlar arasında qaldırmağın önəmindən danışan Firdovsi Fərzəliyev ona azarkeşlik edən idmansevərlərə təşəkkür edərək deyib: “Tamaşaçıların dəstəyi mənə əlavə stimul verdi. Məşqçilərimə də hədsiz minnətdaram. Digər mükafatçıları təbrik edir, qarşıdakı yarışlarda idmançılarımıza qızıl medallar arzulayıram. Ümumilikdə beş döyüş keçirdim. Bu yarışlar mənim üçün çox əhəmiyyətli oldu. Avropa Oyunlarının qalibi olduğum üçün çox sevinirəm”.

Xəbər lenti

Çox oxunanlar