Xəzər Xəbər

Bakı-2015: Boksçular mübarizəyə başladılar

Bakı-2015 | 13:57 • 16 İyun 2015
Bakı-2015: Boksçular mübarizəyə başladılar

Bu gün Bakı-2015 Avropa Oyunlarında boks yarışlarına start verilib.Kristal Zalda təşkil olunan yarışın ilk günü kişi boksçular mübarizəyə qoşulublar.

Hazırda davam edən mübarizədə çəkisi 52, 56, 60, 64, 75 və 91 kq olan idmançılar 1/16 final qarşılaşmasında üz-üzə gələcəklər. Püşkə əsasən bu çəkilərdə yer alan boksçularımız 1/8 finaldan Oyunlara qatılacağından onlar rinqə çıxmayacaqlar. Buna baxmayaraq, onların bəzilərinin rəqiblərinin adına aydınlıq gələcək.

Qeyd edək ki, sabah 56, 64, 69, 75 və 81 kq çəki dərəcələrində güclərini yoxlayacaq idmançılar ilk döyüşlərinə start verəcəklər və millimizin üzvləri bu dəfə də istirahət edəcəklər. 

Xəbər lenti

Çox oxunanlar