Azərbaycanın qadın güləşçisi Anjela Doroqan birinci Avropa Oyunlarında qızıl medal qazanıb.
Anjela Doroqan qızıl medal uğrunda görüşdə Polşa təmsilçisi Roksana Zasinaya 3:1 hesabı ilə qalib gələrək birinci Avropa Oyunlarının qızıl medalına sahib olub.
Yarışda 53 kiloqram çəki dərəcəsində mübarizə aparan Azərbaycan çempionu ilk görüşdə türkiyəli Merve Kengerə qalib gəlib. Dörddəbir finalda macarıstanlı Mersedes Denesi məğlub edən Anjela Doroqan yarımfinalda Moldova təmsilçisi Nataliya Bududan üstün olub.
Əslən moldovalı olan 25 yaşlı Anjela Doroqan 2010-cu ildən milli komandamızda çıxış etməyə başlayıb. O, 2012-ci ildə Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə “Qızıl Qran-pri” beynəlxalq turnirinin final mərhələsində ikinci yerə çıxıb. A.Doroqan 2013-cü ildə isə həmin turnirin bürünc medalını qazanıb.