Bu gün "Bakı-2015" Avropa Oyunlarında sərbəst güləşçilərin mübarizəsinə start verilib.
Yarışın ilk günündə 4 çəki dərəcəsinin qalibləri bəlli olacaq.
57 kq
Bu çəkidə ölkəmizi təmsil edəcək Yaşar Əliyev mübarizəyə 1/8 finaldan başlayacaq. Avropa çempionatının bürünc medalçısı ilk qarşılaşmasında fransalı Zoheir El Ouarraqe ilə münasibətinə aydınlıq gətirəcək.
65 kq
Olimpiya çempionumuz Toğrul Əsgərov ilk mərhələdə rusiyalı İlyas Bekbulatovla üz-üzə gəlib və 8:7 hesabı ilə qalib gəlib.
74 kq
İkiqat Avropa çempionumuz Cəbrayıl Həsənov 1/8 finalda Mihali Haqi (Macarıstan) ilə güləşəcək.
97 kq
Avropa və dünya çempionumuz Xetaq Qazyumovu isə Radoslav Baranla (Polşa) qüvvəsini sınayıb.Və güləşçimiz 10:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, sərbəst güləş üzrə yarışlar sabah da davam edəcək və son 4 çəkinin qalibi bilinəcək.