Azərbaycanı "Bakı 2015" I Avropa Oyunlarında təmsil edən taekvondoçu Günay Ağakişiyeva və Ayxan Tağızadə ilk görüşlərini keçirib.
57 kq çəki dərəcəsindəki Ağakişiyeva ilkin mərhələdə serbiyalı Draqana Qladoviçlə üz-üzə gəlib.
Görüş Ağakişiyevanın məğlubiyyəti ilə yekunlaşıb - 8:4.
68 kq çəkidə yer alan Ayxan Tağızadə isə sloveniyalı Yure Pantarla üz-üzə gəlib. Görüş Tağızadənin qələbəsi ilə tamamlanıb - 11:3. O, 1/4 finalda ispaniyalı Joel Qonsales Bonilla ilə üz-üzə gələcək.