Xəzər Xəbər

“Əlavə bilet satılmayacaq” - Azad Rəhimov

Bakı-2015 | 12:00 • 17 İyun 2015
“Əlavə bilet satılmayacaq” - Azad Rəhimov

Bu sözlәri Azərbaycanın gәnclәr vә idman naziri Azad Rәhimov deyib. Onun sözlərinə görə, stadion 68 min nəfər üçün nəzərdə tutulub:

“Yerlərin bir neçə sektoru idmançılar üçün, bir neçə isə rəsmi şəxslər üçün nəzərdə tutulub. Bilet satışı artıq dayandırılıb. İdman növündən asılı olaraq tamaşaçıların sayı da müxtəlif olur. Elə idman növü var ki, orada tamaşaçı sayı çox olur”.

Xarici mediada dərc olunan bəzi yazılara toxunan nazir idmana siyasәtin qarışmasını istəmədiklərini söyləyib və bu kimi halları pislәyib: “Mәnim buna münasibәtim neqativdir”.

“Biz I Avropa Oyunlarının Açılış Mərasimini yeni layihə kimi Dünyaya, Avropa Ölkələrinə təqdim etdik. I Avropa Oyunlara marağı artırmaq üçün təşkilatçılığı ən yüksək səviyyədə keçirdik”, - deyə nazir bildirib. 

Azad Rəhimov vurğulayıb ki, növbəti Avropa Oyunlarının bu səviyyədə keçiriləcəyinə inanmıram: “Bizim əsas məqsədimiz təşkilatçılığı yüksək səviyyədə edək: “İdmançılar vaxtı—vaxtında yatırlar, dadlı yeməklər yeyirlər. Onlar üçün hər cür şərait yaradılıb. Xırda problemlər ola bilər. Ancaq ümumilikdə Azərbaycan yüksək səviyyədə yarışları təşkil edir”.

Xəbər lenti

Çox oxunanlar