57 kiloqram çəki dərəcəsində Yaşar Əliyev yarımfinala yüksəlib. Yaşar Əliyev 1/4 final mərhələsində erməni Garik Barseghyanı 10-6 hesabı ilə məğlub edərək adını yarımfinala yazdırıb.
O, mübarizəyə 1/8 finaldan başlayıb. Yaşar Əliyev ilk qarşılaşmasında fransalı Zoheir El Ouarraqeni 9-4 hesabı ilə qalib gəlib.
*******
11:37
Bu gün I Avropa Oyunlarında sərbəst güləş üzrə kişilərin yarışı başlayır.Pəhləvanlarımız 4 çəki üzrə mübarizə aparacaq.
65 kq çəki dərəcəsində olimpiya çempionumuz Toğrul Əsgərov mübarizə aparacaq. O, ilk mərhələdə rusiyalı İlyas Bekbulatova 8-7 hesabı ilə qalib gələrək 1/8 finala yüksəlib. O, 1/8 final mərhələsində moldovalı Mixail Savanı 10-0 hesabı ilə təmiz qələbə qazanıb.
74 kq çəki dərəcəsində millimizi Cəbrayıl Həsənov təmsil edəcək. Pəhləvanımız Yaşar Əliyev kimi yarışa 1/8 final mərhələsindən başlayıb. O, ilk görüşünü macarıstanlı Mihali Haqi 10-0 hesabı ilə qalib gəlib. Cəbrayıl Həsənov 1/4 final mərhələsində Türkiyə idmançısı Sonər Dəmirtaşa təmiz qələbə ilə uduzub. Dəmirtaş finala vəsiqə qazansa Cəbrayılov təsəlliverici görüşlərdə mübarizə aparacaq.
97 kq çəki dərəcəsində Azərbaycanı təcrübəli idmançı Xetaq Qazyumov təmsil edir. O, ilk mərhəldə polşalı Radoslav Baranla qüvvəsini sınayıb. Xetaq qarşılaşmanı 10-0 uduraq vaxtından əvvəl xeyrinə bitirib . Xetaq 1/ 8 final mərhələsində moldovalı Nicolai Cebanı 4-0 hesabı ilə qalib gələrək adını 1/4 final mərhəsinə yazıb.