İyunun 17-də Azərbaycanın güləşçisi Xetaq Qazyumov Azərbaycan idmançılarının birinci Avropa Oyunlarında 10-cu qızıl medalını qazanıb.
Xezerxeber.com xəbər verir ki, Olimpiya Oyunlarının ikiqat bürünc mükafatçısı Xetaq Qazyumov (97 kq) qızıl medal uğrunda görüşdə gürcüstanlı Elzibar Odikadzeyə 3:1 hesabı ilə qalib gələrək birinci Avropa Oyunlarının çempionu adını qazanıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri final qarşılaşmasını izləyiblər.