Xəzər Xəbər

18 iyun - Azərbaycanın bu idmançıları yarışa qoşulacaq

Bakı-2015 | 09:43 • 18 İyun 2015
18 iyun - Azərbaycanın bu idmançıları yarışa qoşulacaq

XezerXeber.com xəbər verir ki, bu günə kimi 11 qızıl medal qazanmış Azərbaycan komandası, yarışların növbəti günündə aktivindəki qızıl medalların sayını artırmağa çalışacaq.

Önəmli qarşılaşma
Voleybol, Saat 16:30


Kişilər arasında ilkin raund yarışında B qrupunda Azərbaycan komandası Fransa ilə üzləşəcək. Bundan öncə keçirilən hər iki oyunda komanda kifayət qədər xal yığa bilmədiyindən, Fransa ilə baş tutacaq qarşılaşma komandanın irəli keçməsi üçün olduqca vacibdir.

Kişilər hünərini göstərəcək
Çimərlik voleybolu, Saat 19:00-da
n


Çimərlik futbolunda Azərbaycanı təmsil edən qadınlar bacardığı ediblər. İyunun 18-ə isə kişilər çimərlikdə öz hünərlərini göstərəcəklər. A qrupunda Azərbaycan komandasının üzvləri - B.Romano və L.Gritsail Norveç komandası ilə qarşılaşacaqlar.

H qrupundakı yarışlarda isə ölkəni N.Santos və İ.Rudıx təmsil edəcək. Onlar İspaniyadan olan idmançılarla yarışacaqlar.

Şosse velosipedi,
Saat 10:00-dan


Cümə axşamı qadınlar və kişilər arasında zamana qarşı yarışlara start verilir. Qadınların yarışında Azərbaycanı Olena Pavluxina, kişilərdə isə Elçin Əsədov və Maksim Averin təmsil edəcəklər.

Qolunun zoruna baxaq
Güləş, saat 10:00-dan


Azərbaycan güləşçiləri bu idman növünün demək olar, bütün kateqriyaları üzrə yarışlara iştirak edirlər. Bu dəfə Cəmaləddin Maqometov (125 kq çəki dərəcəsi), Hacı Əliyev (61 kq), Ruslan Dibirhacıyev (70 kq) və Nurmaqomet Hacıyev (86 kq) sərbəst üsulla təsnifat yarışlarına başlayırlar.

Boks
Saat 13:45-dən


Azərbaycan idmançısı Collazo Sotomayor kişilər arasında birinci yarımorta çəki (64 kq) dərəcəsi üzrə 1/16 final mərhələsində Sloveniyadan Edin Sejdinoviçlə üzləşəcək. Teymur Məmmədov isə yarımağır çəki dərəcəsində Böyük Britaniyadan Joşua Buatsi ilə mübarizə aparacaq.

Taekvondo,
Saat 10:30-dən


Taekvondo üzrə Azərbaycan komanda üzvlərinin iştirakı ilə iki görüş planlaşdırılıb. Fəridə Əzizova (-67 kq çəki dərəcəsi) hollandiyalı Van Baaren Joyce ilə, Milad Beigi (-80 kq çəki dərəcəsi) isə Serbiyadan Damir Fejziclə ilkin raundda üzləşəcək.

Suya tullanma,
Saat 09:00-dan


Cümə axşamı suya tullanma üzrə ilkin yarışlara start verilir. Yarışlarda iştirakçıların maraqlı şou nümayiş etdirəcəkləri gözlənilir. Azərbaycanı bu idman növündə Atryom Danilov (kişilər arasında 1 m tramplin) və Olqa Bikovskaya (qadınlar arasında paltforma) təmsil edir.

Atıcılıq
Saat 11:00-dan

Atıcılıqda səngər stendi üzrə qarışıq komanda yarışlarında azərbaycanlı idmançılar da iştirak edəcək.

Xəbər lenti

Çox oxunanlar