Bakı-2015 I Avropa Oyunlarının VII günündə idman gimnastikası yarışlarında daha iki dəst medalın sahibi müəyyənləşib.
İki Azərbaycan təmsilçisi də mübarizəyə qoşulub.
Kişilərin yarışında çıxış edən Oleq Stepko Avropa Oyunlarını mükafatla başa vurub. Təsnifat mərhələsini 3-cü pillədə başa vuran idmançımız finalda daha yüksək – 2-ci yerə layiq görülüb.