Xəzər Xəbər

Nazirdən Avropa Oyunları ilə bağlı açıqlama – 1 milyard tamaşaçı

Bakı-2015 | 17:03 • 19 İyun 2015
Nazirdən Avropa Oyunları ilə bağlı açıqlama – 1 milyard tamaşaçı

“Gün keçdikcə birinci Avropa Oyunlarının yarışlarını yayımlamaq istəyən xarici televiziya və radio şirkətlərinin sayı artmaqdadır. Artıq dünyada bir milyarddan çox insan bu yarışları izləyir”.

Xezerxeber.com AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri iyunun 19-da Yevlaxda jurnalistlərə müsahibəsində rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov deyib.

Nazir, həmçinin bildirib ki, yarışların idarə olunması üçün lazım olan telekommunikasiya avtomatlaşdırma sistemləri uğurla həyata keçirilir.

Telekommunikasiyada, radio və televiziya yayımında, internetin istifadəsində heç bir problem yoxdur.

Xəbər lenti

Çox oxunanlar