Tarixdə ilk dəfə təşkil edilən Avropa Oyunlarında azərbaycanlı idmançılar uğurla çıxış edirlər.
İndiyə qədər yarışlarda idmançılarımız 30 medal qazanaraq Rusiyadan sonra ikinci pillədə yer alıblar.
“Bakı-2015” ilk Avropa Oyunlarında medal qazanan idmançılarımızın siyahısını təqdim edirik. Qeyd edək ki, Azərbaycan yığmasının daha bir neçə idman növü üzrə medal əldə etmək imkanları var.
Qızıl medallar
Firdovsi Fərzəliyev – karatenin kumite yarışları, 60 kq
Rəfael Ağayev – karatenin kumite yarışları, 75 kq
İrina Zaretska – karatenin kumite yarışları, 68 kq
Ayxan Mamayev – karatenin kumite yarışları, 84 kq
Rəsul Cunayev - yunan-Roma güləşi, 71kq
Elvin Mürsəliyev - yunan-Roma güləşi, 75kq
Mariya Stadnik – qadınlar arasında sərbəst güləş, 48 kq
Anjela Doroqan – qadınlar arasında sərbəst güləş, 53 kq
Toğrul Əsgərov - sərbəst güləş, 65 kq
Xetaq Qazyumov – sərbəst güləş, 97 kq
Ayxan Tağızadə - taekvando, 68 kq
Milad Beyqi Harçeqani – taekvando, 80 kq
Radik İsayev – taekvando, 80 kq
Gümüş medallar
Oleq Stepko – idman gimnastikası
Valentin Demyanenko – kanoe, 200 metr məsafəyə
Fəridə Əzizova – taekvando, 67 kq
Rafiq Hüseynov – yunan-Roma güləşi, 80 kq
Sabahi Şəriəti – yunan-Roma, 130 kq
Bürünc medallar
İlahə Qasımova – karate, 55 kq
Niyazi Əliyev – karate, 67 kq
Həsən Əliyev – yunan-Roma güləşi, 66 kq
Elman Muxtarov – yunan-Roma güləşi, 59 kq
Cəbrayıl Həsənov – sərbəst güləş, 74 kq
Hacı Əliyev – sərbəst güləş, 61 kq
Rostislav Pevtsov – triatlon
Ruslan Dibirhacıyev – sərbəst güləş, 70 kq
Nataliya Sinişin – qadınlar arasında sərbəst güləş, 58 kq
Cəmaləddin Məhəmmədov – sərbəst güləş, 125 kq
Patimat Abakarova – taekvando, 49 kq
Həmçinin Azərbaycanın Petro Paxnyuk, Eldar Səfərov və Oleq Stepkodan ibarət komandası idman gimnastikası üzrə ilk Avropa Oyunlarının bürünc medalına layiq görülüb.
AZƏRTAC