Xəzər Xəbər

Oleq Stepkodan qızıl, gümüş və bürünc!

Bakı-2015 | 11:31 • 21 İyun 2015
Oleq Stepkodan qızıl, gümüş və bürünc!

Gimnastika atında, paralel qollarda və dayaqla tullanmada.

Milli Gimnastika Arenasında kişilər arasında paralel qollarda final yarışları keçirilib.

Xezerxeber.comxəbər verir ki, Azərbaycan idmançısı Oleq Stepko yarışlarda 15:733 bal toplayaraq, 1-ci yeri tutub.

Bu gün bu Stepkonun artıq üçüncü medaldır - o, bundan əvvəl gimnastika atında gümüş və dayaqla tullanmada bürünc medal qazanmışdı. Ümumilikdə Stepko Avropa Oyunlarının 5 medalını qazanıb.

Hazırda Azərbaycan yığmasının 14 qızıl, 6 gümüş və 13 bürünc medalı var.

18:45

Milli Gimnastika Arenasında idman gimnastikasının dayaqla tullanma növü üzrə yarışların finalı keçirilib.

Xezerxeber.com xəbər verir ki, Azərbaycan təmsilçisi Oleq Stepko 14,966 xalla 3-cü yeri tutub. O yalnız ukraynalı Oleq Vernyayev və holland Kazimir Şmidtdən geri qalıb.

Xatırladaq ki, bundan əvvəl Oleq Stepko idman gimnastikasının gimnastika atı növü üzrə yarışlarda gümüş mükafatçı olmuşdur.

Azərbaycanın hesabında 13 qızıl, 6 gümüş və 13 bürünc medl var. 

17:20

Milli Gimnastika Arenasında birinci Avropa Oyunları çərçivəsində idman gimnastikası üzrə final yarışları keçirilib.

Xezerxeber.comməlumatına görə, Azərbaycan təmsilçisi Oleq Stepko 14,600 bal nəticə ilə yarışların gümüş müfafatçısı olub.

Birinci yeri Sloveniya idmançısı Saso Bertonseli qazanıb.

Hal-hazırda Azərbaycanın hesabında 13 qızıl, 6 gümüş və 12 bürünc medal var.

Xəbər lenti