Birinci Avropa Oyunları çərçivəsində gimnastika yarışları davam edir.
Xezerxeber.comxəbər verir ki, yarışların son günündə Azərbaycan təmsilçisi İlya Qrişunin 58,765 xal toplayaraq 3-cü olub.
O, yalnız rusiyalı Dmitri Uşakov (60,050), belaruslu Vladislav Hançarovdan (59,380) geri qalıb.
Qadınların yarışında çıxış edən Svetlana Makştarova 52,595 xalla 5-ci olub.
Azərbaycanın hesabında 34 medal var - 14 qızıl, 6 gümüş bə 14 bürünc.