21 yaşlı təmsilçimiz idman gimnastikasında 5 mükafata yiyələnərək, yarışlarda hələlik ən çox medal qazanan atlet olub.
1 qızıl, 2 gümüş, 2 bürünc əldə edən Oleq paralel qollarda 1-ci, fərdi çoxnövçülük və gimnastika atında 2-ci, komanda yarışları və dayaqla tullanmada 3-cü yeri tutub.
Avropa Oyunlarında ən çox medal qazanan idmançıların siyahısına başçılıq edən təmsilçimiz hesabında 4 mükafat olan “dördlüy”ü arxada qoyur. Daha 9 idmançı 3 medala sahib çıxıb.
Qeyd edək ki, 4 idmançının 3 qat çempion olduğu yarışda 3 və daha çox medal qazanan idmançıların sayı 14-dü.