Xəzər Xəbər

Oleq Stepko: “Bu gün çox əhəmiyyətli və ağır gün idi“

Bakı-2015 | 11:53 • 21 İyun 2015
Oleq Stepko: “Bu gün çox əhəmiyyətli və ağır gün idi“

Bunu Bakıda Avropa oyunları çərçivəsində idman gimnastikası üzrə qızıl medalın sahibi Azərbaycan gimnastı Oleq Stepko şənbə günü jurnalistlərə bildirib.

Onun sözlərinə görə, bugünkü gün çox ağır və xüsusi idi.

"Bu gün çox əhəmiyyətli və ağır gün idi. Mən səylə hazırlaşırdım, böyük çətinliklər və ciddi hazırlıqlar bu nəticəyə gətirib çıxardı. Belə alındı ki, mən bu gün bütün medal dəstini yığdım: qızıl, gümüş və bürünc medalları", - Stepko dedi.

Onun sözlərinə görə, at üzərindəki hərəkətlərdə də medalı qazanmaq mümkün ola bilirdi.

"Amma hakimlər çox sərt, ədalətlə mühakimə edirdilər. Amma bununla belə qızıl medal təsadüf deyil. Dünyan Kubokunun mərhələlərində ardıcıl iki qələbə və indi Avropa Oyunlarda qələbə təsadüfi deyil", - gimnast qeyd edib.

O qeyd edib ki, indi Olimpiya lisenziyaları oynanılacaq Dünya çempionatına hazırlığa başlayacaq.

"Orada seçməni turu keçmək və sonra isə Olimpiya oyunları haqqında düşünmək lazım olacaq. Hələ çox iş irəlidədi, amma inkişaf etməyə vaxt var. Cəhd edəcəyik və eyni nəticəni qazanmağı çalışaq. Çox xoşdur ki, mən federasiyanı məyus etmədim, insanları pis vəziyyətdə qoymadım, hansılar ki, mənə güclü ümid edirdilər. Mən ümid edirəm ki, Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım, Milli Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyeva mənim nəticəmdən razıdırlar. Onlara dəstəyi və inanırdıqlarına görə böyük təşəkkürümü bildirirəm. Bütün azarkeşlərə təşəkkürümü bildirirəm. Sabah Marina Durunduna dəstəkləməyə gəlin, çünki bizim dəstəyimiz olmadan ona çətin olacaq", - Stepko deyib.

O əlavə edib ki, Azərbaycanı gimnastika dünyasında inkişaf etdirməyə çalışacaq.

"Dünyada anlamalıdılar ki, gimnastikada yeni güc yaranıb. Çalışacağıq ki, onlar hesablaşsınlar və qorxsunlar. Artıq bizdən qorxurlar, amma bu daha da artacaq. İdman gimnastikasına baş vurun, seksiyalara uşaqları verin, bu çox gözəl idman növüdür", - Stepko sonda bildirib.

Xəbər lenti

Çox oxunanlar