Xəzər Xəbər

Yana Alekseyevna: “Atam məni döyüşə elə hazırladı ki,...”

Bakı-2015 | 14:03 • 21 İyun 2015
Yana Alekseyevna: “Atam məni döyüşə elə hazırladı ki,...”

Bunu “Bakı 2015” I Avropa Oyunlarında Azərbaycanı təmsil edən Yana Alekseyevna deyib. O, finlandiyalı Mira Potkonenlə döyüşünün çətin keçməsinə səbəb kimi əvvəlki görüşlərdə ona məğlub olmasını göstərib:

“Ona görə də bu qələbə mənim üçün möcüzədir. Xatırlayıram ki, mən ona ilk dəfə məğlub olanda başımı belə qaldıra bilmirdim. Amma bu dəfə məşqçim olan atam məni döyüşə elə köklədi, elə hazırladı ki, qalib gəldim. Bundan sonra da qələbələr qazanmağa hazıram. Biz hər şeyi Azərbaycan üçün etməyə, onun bayrağını qaldırmağa hazırıq. Mən tribunadan komandamızın digər üzvlərinin səsini eşidirdim. İlk dəfə idi ki, yarışlarda mənə belə azarkeşlik edildiyini görürdüm. Onlar da, tamaşaçılar da mənə elə azarkeşlik edirdilər ki, hər dəfə səslərini eşidəndə bədənimin hər zərrəsi yerindən oynayırdı. Hər raunddan sonra yorulurdum. Amma azarkeşlər elə qışqırırdılar ki, yenidən irəliyə can atmaq istəyirdim”.

Xəbər lenti

Çox oxunanlar