Bu gün Bakı-2015 I Avropa Oyunlarının şosse velosipedi idmanı yarışlarına yekun vurulub.
Xezerxeber.com-un Apasport.az-a istinadən məlumatına görə, kişilərin şosse yürüşündə qaliblər müəyyənləşib.
124 idmançının start xəttinə çıxdığı yarış iştirakçıları Azadlıq Meydanında finiş xəttinə çatıb. Azərbaycan bu növdə 3 idmançı ilə təmsil olunub. Lakin onlardan yalnız ikisi start xəttinə çıxıb. Bunlar Elçin Əsədov və Samir Cəbrayılovdu. Onlardan fərqli digər velosipedçimiz Maksim Averin yarışa qatılmayıb.
Lakin Cəbrayılov finişə çata bilməyib. Məsafəni 5 saat 42 dəqiqə 25 saniyəyə qət edən Əsədov isə 55-ci olub.
Qeyd edək ki, yarışın qalibi adına ispaniyalı Luis Leon Sançes Xil yiyələnib. O, finişə 5 saat 27 dəqiqə 25 saniyəyə çatıb.
10:13
Birinci Avropa Oyunları çərçivəsində kişilər arasında şose velosipedi üzrə idman yarışları start götürüb.
Oxu.Az xəbər verir ki, Azərbaycan yarışlarda 3 idmançı ilə təmsil olunur: Elçin Əsədov, Maksim Averin və Samir Cəbrayılov.
Ümumilikdə qızıl medal uğrunda 125 velosipedçi mübarizə aparacaq.