Xəzər Xəbər

Atletika: Azərbaycan ikinci qızıl qazandı

Bakı-2015 | 19:25 • 21 İyun 2015
Atletika: Azərbaycan ikinci qızıl qazandı

Bu gün kişilər arasında çəkic atma, qadınlar arasında şüvüllə tullanma, qadınlar arasında 400 m sədli qaçış, qadınlar arasında üçtəkanla tullanma, kişilər arasında 400 m sədli qaçış, qadınlar arasında disk atma, qadınlar arasında 100 m məsafəyə qaçış, kişilər arasında 100 m məsafəyə qaçış, kişilər arasında nüvə itələmə, kişilər arasında 1500 m məsafəyə qaçış, kişilər arasında hündürlüyə tullanma, qadınlar arasında 400 m məsafəyə qaçış, kişilər arasında 400 m məsafəyə qaçış, qadınlar arasında 3000 m maneəli qaçış, kişilər arasında uzunluğa tullanma, kişilər arasında 5000 m məsafəyə qaçış, qadınlar arasında nizə atma, qadınlar arasında 800 m məsafəyə qaçış və nəhayət qadınlar arasında 3000m məsafəyə qaçış yarışları keçiriləcək.

 

17:30

 

Olimpiya Stadionunda Bakı-2015 I Avropa Oyunları çərçivəsində Atletika oyunları üzrə kişilər arasında çəkic atma yarışlarına start verilib.

 

Kişilərin çəkic atma yarışında 12 ölkənin atleti iştirak edir.


Azərbaycanı Marşin Dzimitri təmsil edir. İdmançımız ilk atışda 69.37, ikinci atışda 72.79, üçüncü 67.54, dördüncü cəhddə 71.67  metr göstərici ilə  üçüncü pillədə bitirib.

 

***

 

Kişilər arasında 400 m sədli qaçış yarışlarında nəticələr bəlli olub. Bosniya və Hersoqovinalı idmançı Rusmir Malkoçeviç 53,59 saniyə nəticə ilə bütün rəqiblərini qabaqlayıb.

 

***

 

Kişilər arasında 400 m sədli qaçış yarışları keçirilib.

 

Birinci yeri 50,70 saniyə ilə slovakiyalı idmançı Martin Kuçera qazanıb. Həmyerlimiz İbrahim Əhmədov isə 53,92 saniyə ilə səkkiz idmançı arasında 7-ci olub.

 

***

 

Qadınların sədlərlə 400 m məsafəyə qaçış ilkin yarışının nəticələri artıq bəllidir. Birinci yeri 58,94 saniyə göstərici ilə avstriyalı idmançı Verena Menapase tutub. Ölkəmizi bu yarışda Salikova Lidiya təmsil edib. Atletimiz 1,06 saniyə göstərici ilə doqquzuncu pillədə bitirib.

 

***

 

Qadınların 100 metr məsafəyə qaçış yarışı yekunlaşıb.

 

Birinci yeri İsrail təmsilçisi Lenskaya Olqa 11.61 göstəricisi ilə tutub. Azərbaycan atleti Balyanina Valeriya  isə 12.07 göstərici ilə altıncı pillədə bitirib.

 

18:16

 

Qadınlar arasında şüvüllə tullanma yarışı keçirilib.

 

Avstriya təmsilçisi Qruberq Kira 4.35 göstərici ilə ilk pilləni tutub.  Azərbaycan atleti Qladkova Yelena 3.70  göstəricisi ilə dördüncü yeri tuta bilib.

 

18:26

 

Kişilər arasında 1500 m məsafəyə qaçışın qalibləri bəlli olub.

 

Həmyerlimiz Hayle İbrahimov 3:49.69 saniyə nəticə ilə I Avropa Oyunlarının qızıl mükafatını qazanıb.

 

***

 

Qadınların 400 metr məsafəyə qaçış yarışı yekunlaşıb.

 

Slovakiya təmsilçisi Putalova İveta 53,07 saniyə göstərici ilə ilk pilləni tutub. İkinci yerdə Avstriya atleti Valli Suzanna 53.65, üçüncü yerdə isə moldovalı Cojuhari Olesea 54,20 saniyə göstərici ilə qərarlaşıb.

 

Azərbaycan təmsilçisi Məmmədova Şəfa isə 55,97  saniyə göstərici ilə beşinci pillədə qərarlaşıb.

 

***

 

Kişilər arasında 400m məsafəyə qaçış üzrə təsnifat mərhələsinin yarışları davam edir.

İsrail təmsilçisi Donald Sanford Blair 45,75 saniyə göstərici ilə bütün rəqiblərini geridə qoyub.

Moldovalı idmançı Babian Alexandru ikinci, Bosniya və Hersoqovina atleti Borislav Dragoljeviç üçüncü olub.

Həmyerlimiz Arif Abbasdov isə 48,05 saniyə nəticə ilə yarışı beşinci bitirib.

19:18

Qadınlar arasında 3000 m maneəli qaçış üzrə qaliblər məlum olub.

Azərbaycan idmançısı Beji Çaltu bütün rəqiblərini qabaqlayaraq birinci olub.

Xəbər lenti

Çox oxunanlar