Xəzər Xəbər

Azərbaycan gimnastı gümüş medal qazandı

Bakı-2015 | 09:47 • 22 İyun 2015
Azərbaycan gimnastı gümüş medal qazandı

Avropa Oyunlarında bədii gimnastika üzrə lentlə hərəkətlərdə qaliblər müəyyənləşib.

Hakimlərdən 19.000 xal alan rusiyalı Yana Kudryavtseva qızıl medala sahib olub.

Təmsilçimiz M.Durunda 18.200 xalla ikinci yeri tutub. Gürcü gimnast Salome Pajava isə 17.950 xalla üçüncü olub.

Beləliklə, Azərbaycanın Avropa Oyunlarında gümüş medallarının sayı 7-yə çatıb. Ümumilikdə idmançılarımız Oyunlarda 35 medal qazanıblar - 14 qızıl, 7 gümüş, 14 bürünc.

Xəbər lenti