Bu gün daha 8 çəki dərəcəsində yarımfinalçılar müəyyən olunacaq.
4-ü kişi və 2-si qadın olmaqla 6 idmançımız adını yarımfinala yazdırmağa çalışacaq.
60 kq çəki dərəcəsində Albert Səlimov saat 14:00-da bolqarıstanlı Dmitri Elian ilə döyüşəcək.
Ölkəmizi 64 kiloqram çəkidə təmsil edən Kuba əsilli idmançımız Lorenzo Sotomayor Rumıniya təmsilçisi Daniel Nikulesku ilə qarşılaşacaq. Döyüş saat 20:15-də başlayacaq.
Pərviz Bağırov (69 kq) almaniyalı Abass Barauddan üstün olmağa çalışacaq. Qarşılaşma saat 21:15-də başlayacaq.
Digər təmsilçimiz Abdulqadir Abdullayev (91 kq) isə fransız Pol Bionqolo Ombanı məğlub etməyə çalışacaq. Bu döyüş saat 21:30-da start götürəcək.
Qadınlar arasında isə bu gün 54 kiloqramda mübarizə aparan Anna Əlimərdanova bolqarıstanlı dünya çempionu Stanimira Petrova ilə döyüşəcək. Avropa Oyunlarında ilk döyüşünü keçirəcək idmançıların görüşü 12:45-də başlayacaq.
Ölkəmizi 64 kiloqramda təmsil edən Avropa çempionu Yelena Vıstropova Böyük Britaniya idmançısı Rayan Sandidən güclü olmağa çalışacaq. Döyüş saat 19:15-də başlayacaq.
Qeyd edək ki, artıq 4 boksçumuz yarımfinala vəsiqə qazanıb.