Çərşənbə günü keçirilmiş kişilərin təklər yarışında hollandiyalı Erik Panq və ukraynalı Dmitri Zavadskini oyundan kənarlaşdıraraq, litvalı Kestutis Navickas və bolqar Blaqovest Kisyov yeni və daha mühüm mərhələyə keçiblər.
Xezerxeber.com xəbər verir ki, bu, D qrupunda yeganə qarşılaşmadır. Navickas və Kisyov arasındakı yarışın 11:40-da başlaması nəzərdə tutulur. Bu görüşdə kimin qrupa liderlik edəcəyi bilinəcək. Amma hər iki idmançı dörddəbir finala keçəcək.
Çimərlik futbolu. Saat 16:00-dan etibarən
Bakı 2015 ilk Avropa Oyunlarının ən çox gözlənilən idman oyunlarından biri nəhayət ki, cümə axşamı başlayacaq. Belə ki, kişilərdən ibarət səkkiz komanda mübarizəyə qatılacaq. Həyəcan, klassik Aralıq dənizi mübarizəsi, İspaniya-İtaliya yarışı ilə 16:00-da başlayacaq.
Boks. Saat 15:45-dən etibarən
Boksun iki ulduz qadın idmançısı mübarizədədirlər. Olimpiya və Həmrəylik Oyunlarının çempionu böyük britaniyalı Nikola Adams və London 2012-in qızıl medalçısı irlandiyalı Katie Taylor öz medal şansları uğrunda müvafiq olaraq yarımfinal və dördəbir final döyüşlərinə doğru addımlayırlar.
Taylor yüngül çəki dərəcəsində (57-60kq) isveçli İda Lundblad ilə günün ikinci yarısı qarşılaşacaqlar. Adams isə yüngülvari çəki dərəcəsində (48-51kq) Türkiyəni təmsil edən Elif Coskun ilə axşam saatlarında baş tutacaq birinci yarışında üzləşəcək.
Qılıncoynatma. Saat 09:00-dan etibarən
Bakı Kristal Zalda keçiriləcək kişilərin şpaqa ilə fərdi yarışı, iki dəfə dünya çempionu olan estoniyalı Nikolay Novosyolov və London 2012 Olimpiya gümüş medal mükafatçısı norveçli Bartosz Piasecki ilə xarakterizə olunur. Daha bir izləməyə dəyər mübarizə iki dəfə Olimpiya medalçısı, Kubadan gələn əslən fransalı İvan Treveyonun yarışıdır. O, 43 yaşında hələ də güclülərdəndir.
Voleybol. Saat 19:00-dan etibarən
Kişilərin dörddəbir finalından ibarət voleybol üzrə oyun günü, Serbiya-Almaniya qarşılaşması ilə saat 19:00-da başlayacaq. Məşqçi alman Vital Heynen Beynəlxalq Voleybol Federasiyasının Dünya Liqasından çıxaraq əsas tam heyəti ilə Bakıya gəlib. Olimpiya Oyunlarının təsnifat turnirinə xal qazanmaq üçün hamı yüksək nəticə ilə oyunu tamamlamaq istəyir və buna görə də gərginlik artır.