Avropa Oyunlarının cüdo yarışlarında 66 kq-dək çəki dərəcəsində çıxış edən dünya çempionatının mükafatçısı, Avropa kubokunun, eləcə də "Böyük Dəbilqə" və "Qran-pri" turnirlərinin qalibi Nicat Şıxəlizadə 1/16 final mərhələsində Türkiyə idmançısı Sinan Sandalla qarşılaşıb.
Görüşün 3-cü dəqiqəsində Nicat Şıxəlizadə işlətdiyi fəndlə vaxtından əvvəl tam qələbə (ippon) qazanaraq 1/8 final mərhələsinə vəsiqə əldə edib.
Qeyd edək ki, bu gün Azərbaycanın daha 7 cüdoçusu yarışlarda medal uğrunda mübarizə aparır.
Onlardan Leyla Əliyeva (-48 kq) və Ayşə Qurbanlı (-48 kq) ilk döyüşündə qalib gələrək 1/8 finala vəsiqə əldə ediblər, Səkinə Zayirova (- 52 kq) 1/16 final mərhələsində məğlub olub.