Xəzər Xəbər

Qadın basketbolçularımız dörddəbir finalda

Bakı-2015 | 17:28 • 25 İyun 2015
Qadın basketbolçularımız dörddəbir finalda

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol komandası səkkizdəbir final mərhələsində litvalı rəqiblərini 17:10 hesabı ilə məğlub edərək dörddəbir finala yüksəlib.

Komandamızın növbəti mərhələdəki rəqibi İspaniya yığması olacaq.

 17:05

Qadın komandaların 3x3 basketbol yarışlarında İsveçrə, Sloveniya, Yunanıstan, Ukrayna yığmaları dörddəbir final mərhələsinə adlayıb. 

Kişilər arasında yarışda isə Sloveniya, Yunanıstan, Rusiya və Çexiya milliləri dörddəbir final mərhələsinə yüksəliblər.

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığmasının səkkizdəbir final mərhələsində Litva millisi ilə oyunu başlayıb. Digər səkkizdəbir qarşılaşması isə İspaniya və Türkiyə komandaları arasında keçirilir.

15:05

 

“Bakı-2015” çərçivəsində Avropa Oyunları Parkında keçirilən kişilər və qadın yığmaları arasında 3x3 basketbol yarışları davam edir.

Kişi və qadın komandaların mübarizə apardığı yarışlarda yığmalar Oyunların qızıl medallarını qazanmaq uğrunda mübarizə aparırlar.

Ötən gün basketbol yarışlarının ikinci günü Azərbaycanın həm kişi, həm də qadınlardan ibarət komandaları üçün uğurlu olub. Hər iki komandamız səkkizdəbir final mərhələsinə yüksəlib.

İyunun 25-də yarışların üçüncü günündə qadınların mübarizəsində Azərbaycanın 3x3 basketbol komandasının səkkizdəbir final mərhələsindəki rəqibi Litva basketbolçuları olacaqlar. Bu mərhələni adlayacağı təqdirdə millimiz dörddəbir finalda İspaniya-Türkiyə qarşılaşmasının qalibi ilə üz-üzə gələcək.

Kişilər arasında 3x3 basketbol yarışlarında isə Azərbaycan yığması səkkizdəbir final mərhələsində İsrail millisi ilə qarşılaşacaq. Yığmamız rəqibini məğlub edəcəyi təqdirdə dörddəbir finalda İspaniya - İtaliya görüşünün qalibi ilə qarşılaşacaq.

Ümumilikdə dörd gün davam edəcək 3x3 basketbol yarışlarında qaliblər iyunun 26-da müəyyənləşəcək.

Xəbər lenti

Bakıda ağır qəza 3 ölü
18:13 • 22 Dekabr 2024
"Sabah" "Şamaxı"ya uduzub
15:58 • 22 Dekabr 2024